İraqdakı Sədr fraksiyasının lideri Müqtəda əl-Sədr bu barədə açıqlama yayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İraqdakı Sədr fraksiyasının lideri Müqtəda əl-Sədr ABŞ-ı bütün qüvvələrini İraqdan və digər ölkələrdən çıxarmağa və proritetlərini dəyişdirməyə çağırıb.
Müqtəda əl-Sədr verdiyi açıqlamada bildirib: "ABŞ hər kəsə təkəbbür və qürur hissi ilə yanaşır və müharibə, qətl və talançılıq, qorxutma və böhtan atmaoyunlar və terror aktları həyata keçirərək hamını təslim etməyə çalışır."
" ABŞ bu ölkənin insanları və dünyanın digər xalqları iləsə düşmən və təkəbbürlü münasibətini dəyişdirməli və bütün işğalçı qüvvələrini dünyanın müxtəlif ölkələrindən, xüsusən İraqdan geri çəkməlidir.", -deyə Sədr hərəkatının lideri əlavə edib.