Müqavimət göstərən Bəhreyn xalqı qalib gəldi. Paytaxt Manamada keçirilməsi planlaşdırılan yəhudilərin Hanukkah tədbiri ləğv edilib.
Az.rasthaber.com xəbər verir ki, Bəhreynin paytaxtında keçirilən genişmiqyaslı nümayişlər nəticəsində ilk dəfə Manamada keçirilməsi planlaşdırılan yəhudilərin “Hanukkah” tədbiri ləğv edilib.
Məlumat üçün qeyd edək ki, "İşıqlar Festivalı" kimi də tanınan Hanukkah hər il yəhudilər tərəfindən qeyd olunur. Dekabr ayına təsadüf edən Hanukkada bayramlar keçirilir.
Xatırladaq ki, 15 sentyabr 2020-ci il tarixində Ağ Evdə keçirilən mərasimdə sionist rejim ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn arasında münasibətlərin normallaşdırılmasına dair saziş imzalanıb.
Avqust ayından Bəhreynin Təl-Əvivdəki ilk səfiri Xalid əl-Cəlahimə vəzifəsinin icrasına başlayıb.