Fələstin müqaviməti Qəzzə zolağının səması üzərində sionist rejimin casus pilotsuz təyyarəsini ovladığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Nasir Səlahəddin Briqadaları Qəzzə zolağının mərkəzi bölgələrinin səmasında casusluq missiyası həyata keçirən "EVO Max" pilotsuz təyyarəsini ələ keçirdiyini açıqlayıb.
Digər tərəfdən, Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhəsinin hərbi qanadı olan Şəhid Ömər əl-Qasim qüvvələrinin sözçüsü bildirib: “İşğalçı ordunun taleyi xalqımızın dözüm və müqavimətinin kölgəsində məğlubiyyətdir.”
“Rəfəhdə düşmən mövqelərinə hücum etdik. Həmçinin Rəfəhin şərqində sionist hərbçilərin toplanma mərkəzi qısa mənzilli raketlərlə hədəfə alındı” - deyə, Əbu Xalid vurğulayıb.