Livan "Hizbullah”-ının icraçı şurasının rəhbəri müqavimətin ABŞ-ın bölgədəki layihələrinə mane olduğunu bildirib.
Livan "Hizbullah”-ının icraçı şurasının rəhbəri Seyid Haşim Səfiyəddin müqavimətin ABŞ-ın bölgədəki layihələrinə mane olduğunu bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Seyid Haşim Səfiyəddin sionist rejimə qarşı 33 günlük müharibə zamanı müqavimətin böyük qələbə qazanmasına işarə edərək "Müqavimət o dönəmdə sionist rejimin hegemoniyasını qırmağa müvəffəq oldu", -deyə vurğulayıb.
Hizbullah rəsmisi ABŞ-ın bölgədəki layihələrinin olduğunu diqqətə çəkərək, müqavimətin bu layihələrin həyata keçirməsinə əsas maneə olduğunu qeyd edib.
Seyid Haşim Səfiyəddin Hizbullahın Livanı ABŞ və sionistlərin fitnəsindən qoruduğunu önə çəkib.
Müqavimətin fəlsəfəsindən danışan Hizbullah rəsmisi qələbənin müqavimət yolunda qərarlılıq olduğunu deyib.
Livan daxili olaylara da işarə edən Seyid Haşim Səfiyəddin "Düşmən Hizbullahın Livan daxilində hörmətini aradan qaldırmaq istəsə də, buna müvəffəq ola bilmədi, bu işlər uğursuzluğa düçar oldu.", -deyə əlavə edib.