"Müharibəni Qərb başladıb, Rusiya onu dayandırmaq üçün gücdən istifadə edir"

"Rusiya Ukrayna böhranını sülh yolu ilə həll etmək üçün əlindən gələni edib, lakin ölkənin arxasında "tamamilə fərqli ssenari" hazırlanırdı".

Az.rasthaber.com "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Federal Məclisinə müraciətində deyib.
"Müharibəni Qərb başladıb, Rusiya isə onu dayandırmaq üçün gücdən istifadə edir", - Rusiya dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Qərb dövlətlərinin sülh arzusu ilə bağlı verdiyi vədlər əslində saxtakarlıq və yalan idi, onlar maneələr yaratmaqla məşğul olublar:
"Mən bu gün çətin bir zamanda müraciət edirəm. Hamımız yaxşı anlayırıq ki, bu gün ölkəmiz üçün keçid dövrüdür. Bu, bütün dünyada köklü, dönməz dəyişikliklərin, ölkəmizin və xalqımızın gələcəyini müəyyən edən ən mühüm tarixi hadisələrin baş verdiyi, hər birimizin üzərinə böyük məsuliyyətin düşdüyü dövrdür".

Xəbəri paylaş

VİDEOLAR