Ermənistanda həkimlərin, tibbi personalın və çarpayı sayının az olması çox ciddi problemlər yaradır
Ermənistanda COVID-19 virusuna yoluxanların sayı kəskin artıb. Son sutka ərzində daha 491 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər isə pandemiyanın qurbanı olub.
Rasthaber Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 50 min 850-yə, pandemiya qurbanlarının sayı 963-ə çatıb.
Hazırda Ermənistanda 5 min 370 aktiv koronavirus xəstəsi var.
Ekspertlərin fikrincə, Ermənistanda koronavirusla mübarizə ilə əlaqədar çox ciddi çətinliklər yaranıb.
Onlar bildirirlər ki, rəsmi statistikalara əsasən Ermənistanda 1000 nəfərə düşən həkim sayı qonşu ölkələrlə müqayisədə dəfələrlə azdır.
Ermənistanda ümumi tibbi xidmətin səviyyəsi də aşağıdır. Həkim sayının daha az olması müharibə şəraitində təkcə koronavirusla mübarizədə deyil, yaralıların müalicəsində də çox ciddi problem yaradır.
Bildirilir ki, eyni zamanda, Ermənistanda tibbi personalın və xəstəxanalarda çarpayıların da sayı kəskin azdır.
Bu da Ermənistanda hər hansı tibbi xidməti, məsələn cərrahi əməliyyatları həyata keçirmək üçün imkanlarının və şəraitin də olmamasını üzə çıxarır.