Muğniyə və Süleymani kimi generallar İsrailin planlarını puç etdi

Muğniyə və Süleymani kimi generallar İsrailin planlarını puç etdi

“Hizbullah” Baş katibinin müavini Şeyx Naim Qasim bu barədə danışıb

“Hizbullah” Baş katibinin müavini Şeyx Naim Qasim deyib ki, iranlı şəhid general Qasim Süleymani Livan və Suriyanın terrorçu qruplaşmalara qarşı qələbələrində, ümumilikdə müqavimət cəbhəsində mühüm rol oynayıb.

Rasthaber Azərbaycan shafaqna.com-a istinadən xəbər verir ki, Şeyx Naim Qasim bildirib ki, “Hizbullah”ın müdrik rəhbərliyinin, həmçinin İmad Müğniyə və general Süleymani kimi hərbi komandirlərin sayəsində 2006-cı ildə İsrail rejiminin Livana qarşı işğalçı və təcavüzkar planları iflasa uğradı.

Qasim Süleymaninin Livana dəstəyi heç vaxt dayandırmadığını deyən Şeyx Naim Qasim əlavə edib ki, iranlı general mərkəzi əməliyyat zallarında birbaşa iştirak edib və İsrail rejiminə qarşı hərbi planlarla bağlı göstərişlər verib.

O qeyd edib ki, 2011-ci ildə Suriyada müharibə başlayanda aydın oldu ki, general Süleymani bu döyüşlərdə də birbaşa iştirak edəcək.

Onun sözlərinə görə, general Süleymaninin bu döyüşlərə qoşulmasının 3 səbəbi var idi: “Suriyanı qlobal təcavüzdan xilas etmək, İŞİD kimi terrorçulara qarşı mübarizə aparmaq və düşmələ müharibədə iştirak edən müqavimət cəbhəsinə dəstək vermək”.

Xəbəri paylaş

VİDEOLAR