İranın Rusiyadan S-400 hava hücumundan müdafiə (HHM) sistemləri almasına ehtiyac yoxdur.
Az.rasthaber.com xəbər verir ki, bunu İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri general-mayor Məhəmmədrza Gərayi Aştiani bildirib.
Nazir qeyd edib ki, İran və Rusiya yüksək səviyyədə əlaqələr var, lakin ölkəsinin kifayət qədər müdafiə silahları ehtiyatı olması səbəbindən Rusiyadan S-400 HHM komplekslərini almağa ehtiyac yoxdur.
Xatırladaq ki, “Bloomberg“ agentliyi ABŞ və İsraildəki mənbələrə istinadən İranın Rusiyadan S-400 sistemləri almağı planlaşdırması barədə məlumat yaymışdı.