Yanvarın 25-i Misir xalqının böyük inqilabının qələbəsindən 9 il ötür.
Misir hökuməti bu ölkə xalqının 2011-ci ildə Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən inqilabının 9-cu ildünümü ərəfəsində küçə və prospektlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Rasthaber Azərbaycanın İran mediasına istinadən verdiyi xəbərə görə, Misirin təhlükəsizlik qüvvələri 2011-ci ilin 25 yanvar inqilabının ildönümünə bir gün qalmış, müxalifət tərəfindən aksiya keçirmək çağırışını nəzərə alaraq, bu ölkənin əsas meydanlarında yerləşib.
Şənbə günü yanvarın 25-i Misir xalqının böyük inqilabının qələbəsindən 9 il ötür. Misir xalqı 2011-ci il 25 yanvar tarixində Hüsnü Mübarəkin 30 illik diktatorluq hakimiyyətinə son qoydu.
İnqilabdan 9 ilin ötməsinə baxmayaraq, onun şüarlarının heç biri öz əksini tapmayıb və bu ölkə xalqı hələ də işsizlik, inflyasiya və etibarsızlıqla üz-üzədir.
Əbdül Fəttah Əl-Sissi 2013-cü ildə hərbi çevriliş yolu ilə Misirin keçmiş prezidenti Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdırdı.