Məşhur iranlı aktyor vəfat etdi

Məşhur iranlı aktyor vəfat etdi

İranlı aktyor Əli Əsgər Şahbazi vəfat edib.

Az.rasthaber.com "Sputnik"-ə istinadən xəbər verir ki, Əli Şahbazi İranın "Oskar" qazanan "Ayrılıq" filmindəki Nadir obrazı ilə tamaşaçıların böyük rəğbətini qazanmışdı.

Ə.Əsgər Şahbazi 1922-ci ildə Tehranda anadan olub. Karyerası boyunca bir çox ekran işində rol alıb. Məşhurlaşdığı "Ayrılıq" filmi orta sinif cütlüyünün ayrılmasından bəhs edir, 2011-ci ildə lentə alınıb. Əsgər Ferhadinin rejissorluğu ilə çəkilən film bütün dünyada səs-küy yaratdı və film festivallarında onlarla mükafat qazandı. Şahbazi 61-ci Berlin Beynəlxalq Film Festivalında "ən yaxşı aktyor" nominantlarına verilən "Gümüş Ayı" mükafatını qazanıb.

Xəbəri paylaş

VİDEOLAR