İran əsilli məşhur fransalı fotoqraf Reza Deqati özünün “İnstagram” səhifəsində Azərbaycanla bağlı növbəti paylaşımı diqqət çəkib.
Rasthaber Azərbaycan-ın məlumatına görə, fotoqraf Şuşa şəhərində görkəmli Azərbaycan opera müğənnisi Bülbülün dağıdılmış ev-muzeyinə gedərək fotolar çəkib.
O, öz paylaşımında bu ev-muzey barədə 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra heç bir məlumatın olmadığını yazıb.
Fotoqraf Bülbülün ev muzeyinə girəndə şoka düşdüyünü bildirərək “Muzeyin içərisində hər şey qarət olunub, Bülbülün heykəli dağıdılıb. Niyə insanlar başqalarının mədəniyyətilə bu cür davranırlar?”