Məscidül-Əqsaya edilən hücumlar Fələstin xalqına qarşı cinayətlərin səviyyəsini göstərir

Məscidül-Əqsaya edilən hücumlar Fələstin xalqına qarşı cinayətlərin səviyyəsini göstərir

Fələstin İslami Müqavimət Hərəkatı “HƏMAS”ın sözçüsü vurğulayıb ki, Məscidül-Əqsada baş verən hadisələr sionistlərin Fələstin xalqı və müqəddəs məkanlara qarşı qatil mahiyyətini və irqçi düşüncəsini nümayiş etdirir.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fevzi Bərhum bildirib ki, Məscidül-Əqsaya təkrar hücumlar Fələstin xalqına qarşı cinayət və zülmün səviyyəsini göstərir.

O, bəyan edib ki, Fələstin xalqı yəhudiləşdirmə əməliyyatları və hücumlarına müqavimət göstərməklə bu hücumları sionist rejim üçün təhlükəsizlik, siyasi və hərbi çağırışa çevirməyə nail olub.

O daha sonra bildirib:

"Bütün İslam və Ərəb ölkələrinin dini və milli vəzifəsi Fələstin xalqını və onun müqəddəs yerlərini dəstəkləməkdir".

 

Qeyd edək ki, dünən səhər saatlarından, yəni bazar ertəsi yəhudi bayramlarının başlaması ilə eyni vaxtda sionist mühacirlər tərəfindən Məscidül-Əqsaya hücumlar güclənib və işğal altındakı Qüdsdə sərt hərbi tədbirlər görülüb.

Xəbəri paylaş

VİDEOLAR