Məscidül-Əqsaya basqın edən İsrail qüvvələri Türkiyə vətəndaşını saxlayıb

Məscidül-Əqsaya basqın edən İsrail qüvvələri Türkiyə vətəndaşını saxlayıb

İsrail polisi fanatik yəhudi məskunlaşmaçıların basqını zamanı Əl-Əqsa məscidində olan Türkiyə vətəndaşı Özgecan Mutlunu saxlayıb.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, fanatik yəhudi məskunlaşmaçılar səhər saatlarında İsrail polisinin himayəsi altında işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın ediblər.

Məlumata görə Özgecan Mutlu fanatik yəhudi məskunlaşmaçıların basqını zamanı Əqsadakı Rəhmət Məscidində Quran oxuduğu əsnada İsrail polisi tərəfindən saxlanıb. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Xəbəri paylaş

VİDEOLAR