Məscidül-Əqsanın xətibi “şərtlə” sərbəst buraxıldı

Məscidül-Əqsanın xətibi “şərtlə” sərbəst buraxıldı

Sionist Rejim kəşfiyyatı tərəfindən heç bir əsas gətirmədən ifadə verməyə çağırılan Məscidül-Əqsa imamı Şeyx İkrime Səbri “istintaq üçün qayıtmaq və bəzi ərəb media kanalları ilə əlaqə saxlamamaq” şərti ilə azadlığa buraxılıb.

Az.rasthaber.com xəbər verir ki, məsələ ilə bağlı Şeyx Səbrinin vəkili Halid Zebaraka jurnalistlərə qısa açıqlama verib.

Zebaraka bildirib ki, Şeyx İkrimə Səbri qarşıdakı təhqiqat üçün iştirak etməsi və üç media kanalı: Əl-Mənar, Əl-Əqsa və Əl-Məyadin vasitəsilə əlaqə saxlamaması kimi şərtlərlə azad edilib.

Dünən Şeyx Səbrinin ofisindən verilən açıqlamada, İsrail kəşfiyyatının mayın 8-i bazar ertəsi Şeyx İkrime Səbrini açıqlama üçün çağırdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, çağırışın səbəbi ilə bağlı məlumat verilməyib.

İsrail qüvvələri Səbrinin evinə dəfələrlə basqın edib, onu ifadə verməyə çağırıb və Səbrinin Məscidül-Əqsaya girişinə qadağa qoyub.

Xəbəri paylaş

VİDEOLAR