Vyanadakı nüvə müzakirələrində İran nümayəndə heyətinin müşaviri Merendi deyib: “İran vəhhabi terrorizminin tərəfdarlarının olduğu yerdə fəaliyyət göstərə bilməz".
Az.rasthaber.com xəbər verir ki, Seyid Məhəmməd Merendi dünən ABŞ-ın BMT-dəki nümayəndəsinin MSNBC ilə görüşünə cavab olaraq deyib:
"Bu gün biz göstərdik ki, İranın BMT Komissiyasında heç bir işi yoxdur".
O əlavə edib: “Üzvləri vəhhabi terrorizminə maliyyə dəstəyi verən beynəlxalq heyətdə İranın yeri yoxdur”.
Mərəndi məsələyə aydınlıq gətirərək, “İran Suriya və İraqda vəhhabi terrorizminə maliyyə dəstəyi verən rejimlərlə yan-yana oturmamalıdır”, - deyib.
Mərəndi, "İran Yəməndəki soyqırımla bağlı səssiz qalan heyətlərdən uzaq durur. Bunlar da İranı qadın düşməni edir" deyib.