Vyana danışıqlarında İranın danışıqlar qrupunun müşaviri deyir ki, nüvə anlaşması tərəfləri ABŞ-ın təzyiqlərinə baxmayaraq hələ də razılaşma əldə etməyə yaxındırlar.
Az.rasthaber.com xəbər verir ki, 2022-ci il avqustun 4-dən 8-dək keçirilən İrana qarşı sanksiyaların aradan qaldırılmasına yönəlmiş Vyana danışıqlarının yeni raundunda Avropa İttifaqının koordinatoru "Enrike Mora" tərəfindən bir sıra təkliflər irəli sürüldü.
İran İslam Respublikası avqustun 15-də Avropa İttifaqının nüvə sazişinin bərpası üçün təklif etdiyi mətnə öz yazılı cavabını təqdim etdi və bildirdi ki, əgər Amerikanın cavabı realist və çevik olarsa, razılaşma əldə oluna bilər.
ABŞ da avqustun 24-də bu barədə öz rəyini Avropa Birliyinə təqdim etdi.
Sentyabrın 2-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran İslam Respublikasının ABŞ-ın sanksiyaların ləğv olunmasını hədəfləyən mümkün mətnə cavabı ilə bağlı şərhlərini göndərdiyini açıqladı və bildirdi ki, öndərilən mətn danışıqları yekunlaşdırmaq məqsədi ilə konstruktiv yanaşmaya malikdir.
İranın cavabını Enrike Moraya göndərdikdən bir neçə saat sonra ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel topu İran meydanına atmağa çalışaraq, iddia etdi ki, Tehranın cavabı konstruktiv deyil.
Rusiyanın beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov amerikalıların bəhanələrinə cavab olaraq, öz Tvitter səhifəsində yazdı: "Həqiqətən də, İranın cavabında razılaşma yolunda ciddi maneə ola biləcək heç bir məsələ yoxdur. Vyana danışıqlarının yekunu yalnız iştirakçı dövlətlərin siyasi iradəsindən asılıdır".
Vyana danışıqlarında İranın danışıqlar qrupunun müşaviri Məhəmməd Mərəndi Əl-Cəzirə telekanalına verdiyi müsahibədə bildirib ki, razılığa gəlmək üçün ABŞ prezidenti Co Bayden qalan məsələlərin həlli ilə bağlı qərar verməlidir.
Mərəndi qeyd edib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının İranın nüvə proqramı və ilə bağlı iclasından və onun nəticələrindən narahat deyil.
İran İslam Respublikasının nümayəndə heyəti dəfələrlə vurğulayıb ki, razılığa gəlmək üçün sanksiyaların zəmantli bir şəkildə davamlı ləğvi və gələcəkdə İrana qarşı təzyiq vasitəsi kimi istifadə oluna biləcək heç bir məsələnin qalmaması lazımdır.