Partiya lideri İsrail rejimi səfirinin də ölkədən deportasiya edilməsini istəyib.
Rasthaber Azərbaycan "eastnews.org"a istinadən verdiyi xəbərə görə, Mərakeşdə koalisiya hökumətində təmsil olunan "Ədalət və İnkişaf" partiyasının lideri Əbdürrəhim Şeyxi Bələdi İsrail rejimi ilə bağlı açıqlama verib.
Əbdürrəhim Şeyxi Bələdi verdiyi açıqlamada vurğulayıb ki, Mərakeş dövlət qurumları İsrail rejimi ilə əldə olunan normallaşma razılaşmasından çəkilməlidir.
Partiya lideri İsrail rejimi səfirinin də ölkədən deportasiya edilməsini istəyib.
Xatırladaq ki, İsrail rejimi və Mərakeş diplomatik münasibətləri normallaşdırmaq üçün razılaşma imzalamışdı.