Mərakeşdə keçirilən seçkilərdə Müstəqillər Birliyi qalib gəlib

Mərakeşdə keçirilən seçkilərdə Müstəqillər Birliyi qalib gəlib

Bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb

Rasthaber Azərbaycan trthaber-ə istinadla xəbər verir ki, Mərakeş Daxili İşlər naziri Abdulvafi Leftit mətbuat konfransında dünən Nümayəndələr Palatasında xidmət edəcək 395 millət vəkilinin təyin edilməsi üçün keçirilən seçkilərin nəticələrini elan edib. Leftit səslərin 96%-nin təsnif edildiyini, bu nəticələrə görə RNI -nin, məclisdə 97, Soylu və Müasir Partiyanın (PAM) 82, İstiklal Partiyasının 78, Sosialist Birliyin 35, Xalq Hərəkatının 26, Tərəqqi və Sosializm partiyasının 20, Konstitusiya Birliyin isə 18 yer qazandığını bildirib. Hökumətin ən böyük ortağı Ədalət və İnkişaf Partiyasının (PJD) isə 12 yer ilə məclisdə təmsil olunacağını ifadə edən Daxili işlər naziri seçkilərdə fəallığın 50,18 faiz olduğuna diqqət çəkib. 

Xəbəri paylaş

VİDEOLAR