Bununla bağlı, Nyu-York Tayms qəzeti bir məqalədə koronavirus pandemiyası dövründə İsrail XXO-nın oğurluğundan bəhs edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın tabeliyində olan bir orqan işğal olunmuş Fələstin ərazilərində koronavirus böhranı ilə mübarizə üçün maska və tibb ləvazimatları oğurluğunu etiraf edib.
MOSSAD-ın texnologiya mərkəzinin müdiri sionist rejimin peyk kanallarından biri ilə müsahibədə işğal olunmuş Fələstin ərazilərində koronavirus böhranı ilə mübarizə tərzi və onun təhlükələri haqda belə deyib: "MOSSAD, dünya ölkələrinin öz ehtiyaclarının artmasına görə satışından çəkindikləri tibb maskalarını təmin etmək üçün oğurluğa əl atıb."
Bununla bağlı, Nyu-York Tayms qəzeti bir məqalədə koronavirus pandemiyası sayəsində müxtəlif ölkələrin qoruyucu və tibb imkanları, həmçinin informasiyalarının oğurluğunda MOSSAD-ın rolu barədə yazır: "MOSSAD zabitləri bu dəfə öz fəaliyyətlərini ölkələrin müalicə və tibb ləvazimatlarının oğurlanması və ümumi sanitariya sahələrində irəlilədiblər."
Nyu-York Tayms-ın məlumatına görə, MOSSAD tibb ləvazimatlarını əldə etmək üçün böyük bir əməliyyat otağı yaradıb.
Sionist rejimin nazirlər kabineti MOSSAD-dan istəyibdir ki, işğal olunmuş Fələstin ərazilərində koronavirus böhranı ilə mübarizə üçün 130 milyon ədəddən çox dərman və tibb ləvazimatı əldə etsin.
Sionist rejimin səhiyyə nazirliyi bildirib ki, çərşənbə günündən cümə axşamı gününədək işğal olunmuş Fələstin ərazilərində daha 391 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 12 min 591 nəfərə yüksəlibdir.
Sionist rejim parlamenti- Knesset-dəki gizli məlumat göstərir ki, bu rejim yeni koronavirus ilə mübarizə üçün yetərincə müalicə vəsaitlərinə malik deyil.