Mossad: İranla nüvə razılaşması İsrail üçün fəlakətdir

Mossad: İranla nüvə razılaşması İsrail üçün fəlakətdir

İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad əldə edilməsi ehtimal olunan nüvə sazişinin “pis və fəlakətli” olduğu barədə xəbərdarlıq edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Mossad-ın rəhbəri David Barnean deyib

Qəzetin xəbərinə görə, İsrailin "Mossad" rəhbəri David Barnean möhtəməl nüvə sazişinə "pisdir" deyə xəbərdarlıq verib və "ondan yeganə faydalanan tərəfin İran olacağını" vurğulayıb.

Barnea dünən keçirilən qapalı danışıqlarda “ABŞ və İranın yaxın günlərdə imzalanacağı təxmin edilən razılaşmaya hər iki tərəfin nail olmaqda qərarlı olduqlarını” bildirib.

Mossad rəhbəri deyib ki, “iki tərəf arasında müzakirə, həll olunacaq nüanslar ətrafında gedir və mən razılaşmanı dayandıracaq heç nə görmürəm”.

Barnea vurğulayıb ki, “İran sanksiyaların ləğvi nəticəsində yüz milyardlarla pul qazanacaq və o, topladığı uranın çatdırılması və nüvə obyektlərinə nəzarətin bərpası şəklində çox cüzi bir bədəl ödəyəcək”.

Öz növbəsində, İsrailin “Kanal 12” telekanalı da Mossad rəhbərinin bir sıra daxili görüşlərdə "razılaşma İsrail üçün çox pisdir, hətta strateji fəlakətdir" dediyini sitat gətirib.

Xəbəri paylaş

VİDEOLAR