Qarabağ üzrə üçtərəfli işçi qrupu regionda nəqliyyat infrastrukturunun bərpası məsələlərini müzakirə edəcək.
Trend-in məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərindən ibarət işçi qrupunun ilk görüşü yanvarın 30-da Moskvada keçiriləcək.
İşçi qrupunun növbəti görüşlərinin keçirilmə tezliyi və yeri gələcəkdə müəyyənləşdiriləcək.