Bu barədə Rusiya Federal Təhlükəsizlik Bürosundan məlumat verilib.
Rasthaber Azərbaycan xəbər verir ki, Rusiyada İŞİD terrorçularının terror aktlarının qarşısı alınıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Bürosundan məlumat verilib.
Terrorçular Moskva və Həştərxan vilayətində terror aktları törətməyi planlaşdırırdılar.
Saxlanılma əməliyyatları zamanı heç kim xəsarət almayıb.
Tutulan şəxslərdən silah və döyüş sursatları, qumbara, həmçinin qadağan edilmiş ekstremist ədəbiyyat müsadirə edilib.
Saxlanılanlar insanların çox olduğu ərazilərdə soyuq və odlu silahdan istifadə edərək hücumlar törətmək istəyirdilər.
Qeyd edilir ki, onlar terror qruplaşmasının başçılarının göstərişləri əsasında hərəkət etməyə hazırlaşırdılar.