Beynәlxalq reytinq agentliyi ‘‘Moody’s’’ bir sıra ölkә iqtisadiyyatının 2022-ci ilәdәk yeni növ koronavirus epidemiyasından әvvәl olan fәaliyyәt sәviyyәsinә qayıda bilmәyәcәyini açıqlayıb.
Beynәlxalq reytinq agentliyindәn verilәn bәyanatda Ümumdünya Sәhiyyә Tәşkilatının 2020-ci ilin 11 mart tarixindә ‘‘Covid-19’’ epidemiyasını elan etmәsindәn sonra epidemiyanın qlobal iqtisadiyyata ciddi zәrbә vurduğu bildirilib.
Bәyanatda yeni növ koronavirus pandemiyasının hәlә dә bir sıra sektor vә ölkә üçün ciddi risk tәşkil etdiyinә diqqәt çәkilib.
Bәyanatda hәmçinin vurğulanıb ki, epidemiyanın tәsiri azalsa da, aradan qalxmayıb.
‘‘Bir sıra ölkә iqtisadiyyatı 2022-ci ilәdәk yeni növ koronavirus epidemiyasından әvvәl olan fәaliyyәt sәviyyәsinә qayıda bilmәyәcәk’’,-deyә ‘‘Moody’s’’dәn verilәn mәlumatda vurğulanıb.