Monteneqro parlamenti qalmaqallı "Din azadlığı haqqında" qanunu təsdiqlədi

Monteneqro parlamenti qalmaqallı

Monteneqro parlamenti ötən gün etirazlara səbəb olmuş mübahisəli dini birləşmələrlə bağlı qanunu qəbul edib.

Rasthaber Azərbaycan  "Report"a istinadən xəbər verir.

Sənədin müzakirəsi nahardan gecəyə qədər davam edib. Qeyd edilir ki, yarıboş iclas zalının deputatları müxalifət təklif etdiyi bütün düzəlişləri rədd ediblər. Nəticəsində qanunun qəbulu üçün səsvermə zamanı 45 deputat səs verib.

Qanun keşişlərin etirazına səbəb olub. Serbiya Pravoslav Kilsəsi qanunun qəbulundan sonra kilsə əmlakının ələ keçirilməsindən və onun pravoslav dünyasında tanınmayan "Avtokefal" kilsəsinə təhvil verilməsindən ehtiyat edir.

Etirazçılar Serbiya Pravoslav Kilsəsi ilə müqavilə bağlamağa, əmlakını ələ keçirməkdən imtina etməyə və əvvəllər ələ keçirilmiş əmlakı geri qaytarmağa və ya təzminat verməyə çağırırlar. 

Xəbəri paylaş

VİDEOLAR