Sionist İsrailin baş naziri Benyamin Netanyahu Kanal 14 televiziyasına müsahibəsində bölgədəki son hadisələrlə bağlı diqqətçəkən açıqlamalar verib.
Az.rasthaber.com xəbər verir ki, o, deyib:
"Bu müharibədə verdiyim ən mühüm qərar Həsən Nəsrullaha sui-qəsd etmək idi. Bu sui-qəsd İrana yol açdı."
"Tarixi dönüş nöqtəsi baş verir və hamı yavaş-yavaş bunu dərk edir. Tramp Amerikanın xeyrinə olanı edəcək; mən onun qiymətləndirmələrinə qarışmayacağam."
“İran üzərində qələbəmizdən sonra yeni Yaxın Şərq formalaşacaq.”