MN: Azərbaycan Ordusu Ermənistanın Arazdəyən istiqamətindəki mövqelərini atəşə tutmayıb

MN: Azərbaycan Ordusu Ermənistanın Arazdəyən istiqamətindəki mövqelərini atəşə tutmayıb

Azərbaycan Ordusu Ermənistanın Arazdəyən istiqamətindəki mövqelərini atəşə tutmayıb.

Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - deyə qeyd olunub.

Xəbəri paylaş

VİDEOLAR