Misirdən Suriyaya DƏSTƏK

Misirdən Suriyaya DƏSTƏK

Misirin xarici işlər naziri Bədr Əbdüləti Suriyanın xarici işlər naziri Bassam Sabbaq ilə telefonla danışarkən Qahirə hökumətinin Suriyaya dəstəyini bir daha təkrarlayıb.

Az.rasthaber.com xəbər verir ki, Alqahera News-un məlumatına görə, Misirin xarici işlər naziri Bədr Əbdüləti Suriyanın xarici işlər naziri Bassam Sabbaq ilə telefon danışığı aparıb. Görüşdə Suriyadakı son hadisələr müzakirə edilib.

Əbduləti ölkəsinin Suriya hökumətinə, onun milli birliyinə və ərazi bütövlüyünə qəti dəstəyini bir daha təkrarlayıb.

Misirin xarici işlər naziri Suriyanın şimalında baş verən hadisələrin Suriyanın və bütün regionun təhlükəsizliyi və sabitliyinə təsir edəcəyini vurğulayıb.

Əbduləti mülki şəxslərin qorunmasının böyük əhəmiyyətini də vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR