Misirdə məscidlərlə bağlı etiraz yaradan qərar

Misirdə məscidlərlə bağlı etiraz yaradan qərar

Qərara görə COVID-19 koronavirus pandemiyası ilə mübarizədə hökumətin nəzərdə tutduğu ehtiyat tədbirlərinə əməl etməyən istənilən məscid bağlanacaq.

Misirin dini məsələlər üzrə naziri Muhəmməd Muxtar Qomaa bəyan edib ki, COVID-19 koronavirus pandemiyası ilə mübarizədə hökumətin nəzərdə tutduğu ehtiyat tədbirlərinə əməl etməyən istənilən məscid bağlanacaq.

Rasthaber Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, nazir koronavirus profilaktikasına dair üzərinə düşən vəzifəni layiqincə icra etməyən bütün vəzifəli şəxslər və məscid əməkdaşlarına qarşı sərt tədbirlərin görüləcəyini bildirib.

O qeyd edib ki, camaatı təhlükəsizlik tədbirlərinə biganə qalan məscidlər müsəlmanların üzünə qapadılacaq: “Yaranmış vəziyyətdə hər kəsin öz evində ibadət etməsində heç bir günah yoxdur. Və burda heç bir fərqi yoxdur – insan özünün həyatı üçün narahatdır, yaxud sosial məsafə tələblərinə öz töhfəsini vermək istəyir”.

Qeyd edək ki, son günlər Misirdə gündəlik yoluxma sayı 1000-i ötür. Bu səbəbdən də hökumət sərt tədbirlər görmək qərarına gəlib. Məsələn, dövlət müəssisələri, banklarda, ictimai nəqliyyatda və vağzallardakı maskasız şəxsləri 50 Misir funtu məbləğində cərimə gözləyir.

Xəbəri paylaş

VİDEOLAR