Misir prezidenti Türkiyəyə səfər edəcək

Misir prezidenti Türkiyəyə səfər edəcək

Türkiyə ilə Misir arasında qarşılıqlı səfir təyinatından sonra Misir prezidenti Sisinin iyulun 27-də Ankaraya səfəri gözlənilir.

Az.rasthaber.com xəbər verir ki, Independent Türkcənin xəbərinə görə, Misir prezidenti Əbdülfəttah əs-Sisi 27 iyul 2023-cü ildə Türkiyəyə rəsmi səfər edəcək.

Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşəcək Sisi həm ikitərəfli əlaqələri, həm də regional hadisələri müzakirə edəcək.

Qeyd edək ki, Türkiyə və Misir çərşənbə axşamı yaydıqları birgə bəyanatda diplomatik münasibətləri səfirlik səviyyəsinə qaldırmaq qərarına gəldiklərini açıqlayıblar.

Xəbəri paylaş

VİDEOLAR