Misir ordusuna ağır zərbə: Əməliyyatlarda 15 hərbçi öldü

Misir ordusuna ağır zərbə: Əməliyyatlarda 15 hərbçi öldü

Misir ordusunun Sinay yarımadasında təşkil etdiyi əməliyyatda 15 əsgər həlak olub.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Misir ordusunun Sinay yarımadasında təşkil etdiyi əməliyyatda 15 əsgər həlak olub. 
Misir Ordusunun sözçüsü Tamir ər-Rifai yazılı açıqlamada son bir neçə gündə Sinayın mərkəzi və şimal bölgələrində 22 basqın və 16 əməliyyat nəticəsində 126 silahlının  öldürüldüyünü, Qəzza sərhədindəki 16 tunelin yararsız hala salındığını bildirib.
Əməliyyatlar zamanı silahlılarla toqquşmalarda 15 əsgərin öldüyü və yaralanması barədə məlumat verən  Rifai təfərruatı açıqlamayıb.
Rifai silahlıların istifadə etdiyi 228 sığınacaq yerinin hava qüvvələri tərəfindən məhv edildiyini, 630 minanın zərərsizləşdirildiyini və 266 adamın axtarışda olduğunu qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR