Misir müftisi Türkiyənin Ayasofya qərarına qarşı çıxdı

Misir müftisi Türkiyənin Ayasofya qərarına qarşı çıxdı

O bildirib ki, məbədləri dağıtmaq və rahibləri öldürmək olmaz.

 Rasthaber Azərbaycan xəbər verir ki, Misirin Baş müftisi Şövqi Alləm İstanbulda yerləşən Ayasofyanın məscid edilməsini yolverilməz hesab edir.

“Kilsələr olduğu kimi qalmalı və məscidə çevrilməməlidir”, – deyə o qeyd edib və əlavə edib ki, “məscidləri də kilsəyə çevirmək olmaz”.

O bildirib ki, məbədləri dağıtmaq və rahibləri öldürmək olmaz.

Xatırladaq ki, Türkiyə dövlət şurası Ayasofyanın müzey edilməsi qərarını ləğv edərək onun məscidə çevrilməsinə dair qərar qəbul edib.

Xəbəri paylaş

VİDEOLAR