Misir HƏMAS-ı kürəyindən bıçaqladı - İDDİA

Misir HƏMAS-ı kürəyindən bıçaqladı - İDDİA

Amerikalı konqresmen, HƏMAS əməliyyatından üç gün əvvəl Misir tərəfindən İsrailə xəbərdarlıq edildiyini iddia edib.

Az.rasthaber.com xəbər verir ki, nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol jurnalistlərə açıqlamasında deyib:

“Biz bilirik ki, Misir (hücumdan) üç gün əvvəl israilliləri belə bir hadisənin baş verə biləcəyi barədə xəbərdar edib”.

İsrailin baş naziri Benyamin Netanyahu bu iddianı “tamamilə yalan” adlandırıb.

Sionist rejimin kəşfiyyat xidmətləri ölkə tarixinin ən qanlı hücumlarının qarşısını ala bilmədikləri üçün nəzarət altındadır.

Təl-Əvivin təkzib etdiyi iddia ilə bağlı açıqlama verən amerikalı konqresmen Makkol məxfi işlərə qarışmaq istəmədiyini desə də, xəbərdarlıq edildiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR