Misirdə təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı xüsusi əməliyyatı keçirilib.
Misirin Sinay yarımadasında təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı xüsusi əməliyyatı keçirilib.
Rasthaber Azərbaycan trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Misirin Daxili İşlər Nazirliyindən bildiriblər.
Məlumata əsasən, xüsusi əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən 18 terrorçu məhv edilib.
Bildirilir ki, terrorçuların gizləndiyi yerdə 2 ədəd "ölüm kəməri", 13 ədəd avtomatik silah və 3 ədəd partlayıcı qurğu aşkarlarnıb.