Misir: Atəşkəs üçün İsrailə təzyiq göstərilməlidir

Misir: Atəşkəs üçün İsrailə təzyiq göstərilməlidir

Misir Qəzza zolağında atəşkəsi təmin etmək üçün sionist İsrailə təzyiq etməyə çağırıb.

Az.rasthaber.com xəbər verir ki, Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, nazir Bədr Abdulati ilə almaniyalı həmkarı Annalena Baerbok arasında telefon danışığı olub.

Misir-Aİ əlaqələrinin yaxşılaşdırılmasında və Misir-Aİ İnvestisiya Konfransında əldə edilən nailiyyətlərə əsaslanaraq Almaniyanın dəstəyini gözlədiklərini ifadə edən Abdulati Qəzzada atəşkəs üçün danışıqlar prosesinə ölkəsinin dəstəyindən danışıb.

Misirli nazir “BMT Təhlükəsizlik Şurasının müharibənin dayandırılması və humanitar yardımın daxil olmasını təmin edən qətnamələrinin tam yerinə yetirilməsi üçün İsrailə təzyiq göstərməyin vacibliyinə” işarə edib.

Xəbəri paylaş

VİDEOLAR