Əmir Abdullahiyan və İƏT rəhbəri İsveçdəki təxribatçı hərəkəti müzakirə ediblər

Əmir Abdullahiyan və İƏT rəhbəri İsveçdəki təxribatçı hərəkəti müzakirə ediblər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və İƏT-in baş katibi Hisseyn İbrahim Taha İsveçdəki təxribatçı hərəkəti müzakirə ediblər.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hisseyn Brahim Taha ilə telefon danışığı aparıb.

Görüş zamanı İsveçdə Qurana qarşı son hücumla bağlı fikir mübadiləsi aparılıb.

Əmir Abdullahiyan son vaxtlar İsveçdə Qurana qarşı törədilən çirkin və təxribat xarakterli hərəkətlərə görə dərin təəssüf hissi keçirdiyini bildirib və son hərəkəti qəti şəkildə pisləyib.

Əmir Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İsveçdə Qurana qarşı edilən hörmətsizliyə görə tez bir zamanda təcili iclas çağırmasını təklif edib.

Brahim Taha da telefon danışığında İranın İslam Əməkdaşlıq Təşkilatı daxilində mühüm rol və mövqeyə malik olduğunu bildirib.

İranın xarici işlər nazirinə İsveçdəki hədsiz hərəkəti pisləməkdə maraqlı olduğuna görə təşəkkür edən Taha deyib: “Bu məsələnin səfirlər və daimi nümayəndələr səviyyəsində həlli üçün Ciddədə təcili iclasın keçirilməsi gündəmdədir”. dedi.

Xəbəri paylaş

VİDEOLAR