Əmir Abdullahiyan və Bin Fərhan Qəzzanı müzakirə ediblər

Əmir Abdullahiyan və Bin Fərhan Qəzzanı müzakirə ediblər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla telefonla danışıb.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla telefonla danışıb.

Əmir Abdullahiyan ilə Ferhan arasında telefon danışığında Qəzza və ətrafdakı təhlükəli vəziyyət müzakirə olunub. Tərəflər beynəlxalq ictimaiyyətin regionda atəşkəsin təmin edilməsində rol oynamasının və mülki vətəndaşların dəstəklənməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı iki ölkə arasında əlaqələrin və əməkdaşlığın yaxşılaşdırılması yolları barədə fikir mübadiləsi aparılıb.

Bundan əvvəl İran prezidenti İbrahim Rəisi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman telefonda Fələstindəki vəziyyəti müzakirə ediblər.

Xəbəri paylaş

VİDEOLAR