Əmir Abdullahiyan Sergey Lavrovla görüşüb

Əmir Abdullahiyan Sergey Lavrovla görüşüb

Ötən gecə Moskvaya rəsmi səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, görüşdə Əmir Abdullahiyan iki ölkə arasında münasibətlərin yaxşı istiqamətdə getməsindən məmnunluğunu ifadə edərək, İran və Rusiya xalqlarının maraqlarına əsaslanan məsələlərə diqqət ayırdıqlarını vurğulayıb.

Rusiya prezidenti Vladimir Putinin Tehrana səfəri zamanı keçirilən mühüm görüşlərə toxunan Əmir Abdullahiyan deyib:

"Bu gün iki ölkə prezidentləri arasında razılaşmaların icrası, Ukrayna böhranı, regional və beynəlxalq məsələləri müzakirə edəcəyik".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bəyan edib ki, Əmir Abdullahiyanın Moskvaya səfəri zamanı nüvə sazişinin bərpası və regionda baş verən proseslər müzakirə olunacaq.

Xəbəri paylaş

VİDEOLAR