30.05.2023 17:19:02
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Oman Sultanı Heysəm bin Tariqin Tehrana səfərini dəyərləndirib.
Az.rasthaber.com xəbər verir ki, Abdullahiyan bildirib:
“Oman Sultanının Tehrana səfəri İran və Oman arasında strateji əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım idi.
Tehran hökumətinin qonşu ölkələr və region dövlətləri ilə əlaqələrin inkişafı və möhkəmlənməsinə əsaslanan qonşuluq siyasəti İslam İnqilabının Rəhbərinin dəstəyi ilə ciddi şəkildə irəliləyir”.
Qeyd edək ki, Oman Sultanı Heysəm bin Tariq İran prezidenti İbrahim Rəisinin dəvəti ilə mayın 28-də Tehrana səfər etmişdi.