Əmir Abdullahiyan Nyu Yorkda iraqlı həmkarı ilə görüşüb

Əmir Abdullahiyan Nyu Yorkda iraqlı həmkarı ilə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Nyu-Yorkda İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası üçün Nyu Yorkda səfərdə olan Əmir Abdullahiyanın diplomatik təmasları başlayıb.

Əmir Abdullahiyan BMT Baş Assambleyası çərçivəsində iraqlı həmkarı Fuad Hüseynlə görüşüb. Bu görüşdə iki ölkə və İraq Kürd Regional Rəhbərliyi (KRG) ilə bağlı ikitərəfli məsələlər müzakirə edilib.

İraqın xarici işlər naziri Tehran və Bağdad arasında imzalanan təhlükəsizlik müqaviləsinə toxunaraq deyib: “Təhlükəsizlik razılaşmasına əsasən, İraq ərazisi və Kürdüstan bölgəsindən İrana qarşı heç bir təhdid edilməyəcək”.

Fuad Hüseyn İran və ABŞ arasında əsir mübadiləsi razılaşmasına və İranın dondurulmuş valyuta ehtiyatlarının Cənubi Koreyaya buraxılmasına toxunaraq, bunun sanksiyaların aradan qaldırılması üçün danışıqlara da müsbət təsir edəcəyinə inandıqlarını bildirib.

İraqın xarici işlər naziri Hüseyn sentyabrın 13-də İran rəsmiləri ilə görüşmək üçün Tehrana səfər edib və Əmir Abdullahian ilə görüşüb.

Xəbəri paylaş

VİDEOLAR