Əmir Abdullahiyan Ənsarullahın sözçüsü Məhəmməd Əbdüssəlamla görüşüb

Əmir Abdullahiyan Ənsarullahın sözçüsü Məhəmməd Əbdüssəlamla görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Yəmənin Ənsarullah Hərəkatının sözçüsü və Danışıqlar Komitəsinin rəhbəri Məhəmməd Əbdüssəlamla görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Omanla təmasları çərçivəsində Maskatda olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən Yəmənin Ənsarullah Hərəkatının sözçüsü və danışıqlar nümayəndə heyətinin rəhbəri Məhəmməd Əbdüssəlam ilə görüşüb.

Əmir Abdullahiyan İranın Maskatdakı səfirliyində keçirilən görüşdə deyib:

"İran İslam Respublikası Yəmən blokadasının qaldırılmasına və hərtərəfli atəşkəs və yəmənli qruplar arasında barışığa səbəb olacaq hər hansı təşəbbüs və planı alqışlayır".

İranın xarici işlər naziri həmçinin Yəmən və Səudiyyə Ərəbistanı arasında əsir mübadiləsi sazişinin icrasını alqışlayıb.

Ənsarullah Hərəkatının sözçüsü İranın Yəmənə humanitar dəstəyini təqdir edib və deyib:

“Bütün Yəmən xalqının hüquqlarını təmin edən razılaşma əldə olunana qədər müqavimət və danışıqlara davam edəcəyik”. 

Xəbəri paylaş

VİDEOLAR