Əmir Abdullahiyan - İsmayıl Haniyə görüşünün təfərrüatları açıqlanıb

Əmir Abdullahiyan - İsmayıl Haniyə görüşünün təfərrüatları açıqlanıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin paytaxtı Dohada görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Qətərin paytaxtı Dohaya səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən axşam Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Əmir Abdullahian-Haniyyə görüşünün təfərrüatlarını açıqlayıb.

Kənani, "Bu görüşdə Qəzzada baş verən hadisələr və meydandakı vəziyyət haqqında fikir mübadiləsi aparıldı və cənab Haniyə meydandakı müqavimətin vəziyyəti ilə bağlı geniş bir hesabat təqdim etdi" dedi.

Kənani deyib: "Biz bu görüşdən öyrəndik ki, (Qəzzada) törədilən bütün cinayətlərə baxmayaraq, meydandakı müqavimətin hərbi gücü çox yaxşı vəziyyətdədir".

Sionist İsrailin indiyə qədər həyata keçirdiyi hərəkətlərin Amerika tərəfindən idarə olunduğunu bildirən Kənani deyib:

"Bu müharibənin həm mənəvi, həm də diplomatik baxımdan uduzan tərəfi ABŞ hökumətidir".

Kənani sözlərini belə davam etdirdi:

''Cənab Əmir Abdullahian diplomatik səylərinin son vəziyyəti haqqında məlumat verdi. Cənab Haniyə daimi atəşkəsə hazır olduqlarını, lakin İsrail rejiminin hücumları davam etdiyi müddətcə heç bir danışıqların olmayacağını bildirib. Haniyə həmçinin Fələstinin əsas və təbii hüquqlarına diqqət yetirərək atəşkəslə bağlı danışıqlara hazır olduqlarını bildirib.

Kənani deyib ki, Haniyə Fələstin müqavimət qrupları arasında harmoniyanın kifayət qədər güclü olduğunu izah edib.

Kənani İran və Qətər arasında Fələstin diplomatiyası ilə bağlı deyib: “Biz Qətər hökuməti ilə eyni fikirdəyik ki, sionist rejimin Qəzza xalqına qarşı apardığı amansız müharibə dərhal dayandırılmalıdır və münaqişələrin sona çatması üçün səylər göstəririk"

Xəbəri paylaş

VİDEOLAR