İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İraqa rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, görüşdə iki ölkəni maraqlandıran məsələlər, o cümlədən regional və beynəlxalq məsələlər müzakirə edilib.
Sudani İranın İraqa dəstəyini yüksək qiymətləndirib və ölkəsinin Tehrana səfəri zamanı imzalanmış razılaşmaları həyata keçirməyə hazır olduğunu bildirib.
İraq Baş nazirideyib: "Bağdad bölgədə sülhün bərqərar olması və regional inkişaflarda dialoq elementinin güclənməsinə qatqı təmin etmək üçün əlindən gələni edəcək".
Qeyd edək ki, Əmir Abdullahiyan Bağdada səfəri çərçivəsində İraq prezidenti Əbdüllətif Rəşid və xarici işlər naziri Fuad Hüseynlə də görüşüb.