İranda Ramazan ayının son cümə günü keçirilən Qüds Günü tədbirləri ölkə daxilində başlayıb. Başda Tehran olmaqla bir çox şəhərlərdə keçirilən yürüşlərdə Fələstin davasına dəstək nümayişləri keçirilərkən, sionist rejimin Qüds siyasətləri etiraz edilir.
Az.rasthaber.com xəbər verir ki, tədbirlər çərçivəsində İran boyu məscidlərdə xüsusi xütbələr oxunur, dövlət televiziyasında isə Qüds mövzulu xüsusi verilişlər aparılır.
İranın məşhur şairi Hafizin vətəni Şiraz, Kərəc, Tehran, İsfahan, Məşhəd, Qum, Təbriz və digər şəhərlərdə yüz minlərlə insan Fələstin müqavimətinə dəstəklərini qışqırıb. Rəngarəng pankartların, şüarların və “Qüds bizimdir” nidalarının səsləndiyi yürüş bölgə xalqının Məscidül-Əqsaya bağlılığını bir daha nümayiş etdirdi.
İnsanlar Qüds gününə toplaşıb, əllərində İran bayraqları və sionist rejimə ölüm şüarları səsləndiriblər.