Millimizin hücumçusu ABŞ klubu ilə yeni müqavilə bağladı

Millimizin hücumçusu ABŞ klubu ilə yeni müqavilə bağladı

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov 2020/2021 mövsümünü də ABŞ-ın "Finiks Rayzinq" klubunda keçirəcək.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, 29 yaşlı forvard komandası ilə yeni müqavilə imzalayıb.

Sözləşmənin müddəti 2021-ci ilin sonunadəkdir.

Qeyd edək ki, Rüfət Dadaşov geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası isə USL-də B Liqasının qalibi olub.

Xəbəri paylaş

VİDEOLAR