30.11.2020 15:38:57
Mədəniyyət Nazirliyinin tabeliyindəki Mirzə Fətəli Axundov adına Milli Kitabxana əsaslı təmir işlərinin aparılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Az.rasthaber.com vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Vest-LTD" QSC-dir.
Qalib şirkətə 433,7 min manat ödəniləcək.