İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Fars körfəzindən Türkiyəyə qədər uzanacaq İnkişaf Yolu layihəsinin fəaliyyətə başladığını bildirib.
Az.shafaqna.com xəbər verir ki, İraq Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı bəyanata görə, Sudani İraqda səfərdə olan Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.
Yaxın günlərdə Moskvaya edəcəyi səfərin də müzakirə edildiyi görüşdə Baş nazir Sudani İnkişaf Yolu layihəsi və Bəsrə Fav Liman layihəsinin fəaliyyətə başladığını bildirib.
İnkişaf Yolu layihəsinə İraqdan Türkiyəyə qədər uzanan yol və dəmir yolu, həmçinin bu çərçivədə tikiləcək limanlar ilə şəhərlər daxildir.
İraq Böyük Fav Limanı ilə Türkiye üzərindən Asiya və Avropa arasında səyahət müddətini qısaltmağı hədəfləyir.