Məhəmməd Salah Çempionlar Liqasında yeni uğura imza atıb

Məhəmməd Salah Çempionlar Liqasında yeni uğura imza atıb

İngiltərənin "Liverpul" komandasının futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu buna İtaliyada "İnter"i 2:0 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin ilk oyununda nail olub.

83-cü dəqiqədə ikinci qola imza atan misirli forvard qitənin bir nömrəli klub turnirində 50-ci görüşündə 33-cü dəfə fərqlənib. Salah bu göstəriciyə görə yalnız iki oyunçudan geri qalır.

Almaniya "Bavariya"sında çıxış edən Robert Levandovski 50-ci matçında 36, hazırda İngiltərə "Mançester Yunayted"ində oynayan Kriştianu Ronaldu isə 51-ci qolunu vurmuşdu.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm "Liverpul"da bütün turnirlərdə 29 oyuna çıxıb, 24 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş

VİDEOLAR