Məhəmməd Raad: Müqavimətin silahları ölkənin təhlükəsizliyinin təminatçısıdır

Məhəmməd Raad: Müqavimətin silahları ölkənin təhlükəsizliyinin təminatçısıdır

Beyrut hökumətinin Hizbullahı tərksilah etmək qərarına etiraz edən Livan parlamentindəki Hizbullaha bağlı partiyanın lideri müqavimət silahlarını Livanın təhlükəsizliyinin təminatçısı kimi qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, Livan parlamentindəki Hizbullaha bağlı “Vəfa” partiyasının lideri Məhəmməd Raad, son iki ildə baş verən hadisələrin işğalçı rejimin çıxılmaz vəziyyətinin dərinliyini nümayiş etdirdiyini və onun öz cəbhələrində üzləşdiyi problemlərdən birini belə həll edə bilmədiyini vurğulayıb.

Məhəmməd Raad deyib: "ABŞ və İsrail hökumətin əmrlərini yerinə yetirməsi üçün vaxt cədvəli təyin etməkdə israrlıdır, çünki zamanın keçməsi onların xeyrinə deyil".

Düşmənin Qəzzanı işğal etmək qərarı özünə qarşı yeni məsələnin açılması deməkdir.

İsrail açdığı sahələrdə ancaq taktiki uğurlara imza atsa da, davamlı və strateji uğur qazana bilməyib.

Livan hökuməti təkbaşına düşmənlə mübarizə aparmaq iqtidarında deyil və müqavimət silahları toplamaq qərarı “tələsik və təhlükəli” qərardır. Bu qərar təzyiq altında qəbul edilib, milli legitimliyə malik deyil və daxili təhlükəsizliyi düşmən müdaxiləsinə qarşı həssas qoya bilər.

Müqavimət silahları 1982-ci ildən Livanı qorudu, azadlıq və qələbə gətirdi, çəkindirmə təmin etdi və düşmənin ekspansionist layihəsinin qarşısını aldı.

Hizbullah və Əməl hərəkatını müdafiə edən Livan Qüvvələr Partiyasının lideri Samir Geagea, Livan müqavimət qruplarını ölkəsindəki mövcud hadisələrlə bağlı tənqid edərək, iddia edib: “Hökumətin qərarından sonra istər Hizbullah, istərsə də başqa bir təşkilat, istənilən silahlı qrup qanunsuzdur”.

Xəbəri paylaş

VİDEOLAR