Məhəmməd İslami: İranın gizli nüvə proqramı yoxdur

Məhəmməd İslami: İranın gizli nüvə proqramı yoxdur

İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ölkənin nüvə proqramı ilə bağlı açıqlama verib.

Az.rasthaber.com xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami Mazandaran əyalətinin Mahmudabad şəhərində keçirilən tədbirdə çıxış edib.

İslami ölkənin nüvə proqramı ilə bağlı isə İranın heç bir gizli nüvə fəaliyyətinə malik olmadığını bildirərək deyib:

“İranın gizli və açıqlanmayan nüvə fəaliyyətləri olduğunu iddia edən düşmənlər 20 ildir ki, bu cür iddialarla bizə təzyiq edirlər”.

İran rəsmisi qeyd edib ki, 2018-ci ildə nüvə sazişindən çıxan ABŞ administrasiyası İrana qarşı iqtisadi müharibəyə başlayıb.

İslami vurğulayıb ki, kəşfiyyat cəbhəsi İranın nüvə sənayesinin güclənməsindən çox qorxur.

ABŞ-ın keçmiş prezidenti Tramp 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə Almaniya və İran arasında 2018-ci ilin mayında imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra Tehrana qarşı sanksiyaları bərpa edərək “maksimum təzyiq” siyasətinə əl atıb.

Məhəmməd İslami bir müddət əvvəl İranın nüvə fəaliyyətində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) standartlarından kənara çıxmadığını bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR