Məhəmməd bin Salman və Si Cinpin arasında telefon danışığı olub

Məhəmməd bin Salman və Si Cinpin arasında telefon danışığı olub

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı olub.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, telefon danışığı zamanı Səudiyyə Ərəbistanı Krallığı ilə Çin Xalq Respublikası arasında "strateji əlaqələrin əhəmiyyəti" vurğulanıb.

"Vəliəhd şahzadə Səudiyyə Ərəbistanı ilə İran arasında mehriban qonşuluq münasibətlərinin inkişafına dəstək vermək üçün Çinin təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib.

Çin lideri öz növbəsində Səudiyyə Ərəbistanının ölkəsinin Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Yaxın Şərq ölkələri ilə əlaqələrinin inkişafının təşviqində rolunu yüksək qiymətləndirib.

Səudiyyə Ərəbistanı ilə Çin arasında tərəfdaşlığın aspektləri və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün birgə əlaqələndirmə səyləri də nəzərdən keçirilib”, - dövlət agentliyinin yaydığı məlumatda qeyd olunub.

Xəbəri paylaş

VİDEOLAR